Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU

Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU Fransa seçiciləri Avropa Parlamentinə (AP) iyunda keçiriləcək seçkilərdən Fransa Prezidenti Emmanuel Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcəklər.
Digər ölkələr
30 Aprel , 2024 16:42
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU

Fransa seçiciləri Avropa Parlamentinə (AP) iyunda keçiriləcək seçkilərdən Fransa Prezidenti Emmanuel Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcəklər.

“Report” “Brüssels Signal”a istinadən xəbər verir ki, bu, Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.

Sorğuya görə, respondentlərin 37 faizi Avroparlamentdəki səslərini Makronun siyasətinə qarşı olduqlarını ifadə etmək üçün vermək niyyətindədirlər.

Respondentlərin 58 faizi isə vurğulayıblar ki, onların səsvermə qərarlarına Avropa İttifaqının ümumi problemlərindən daha çox milli məsələlər təsir edəcək.

Son xəbərlər

Orphus sistemi