Böyük Britaniya Rusiyanı yeni sanksiyalarla hədələyib

Böyük Britaniya Rusiyanı yeni sanksiyalarla hədələyib Bakı. 4 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Digər ölkələr
4 Oktyabr , 2018 16:35
Böyük Britaniya Rusiyanı yeni sanksiyalarla hədələyib
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant məlumat verib.

Britaniyalı diplomat Rusiyanın Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına (OPCW) haker hücumu həyata keçirməyə cəhd göstərməsinə dair əsaslı sübutlar olduğundan rəsmi Moskvanın sanksiyalarla üzləşə biləcəyini söyləyib.

Qeyd edək ki, daha əvvəl Niderland Müdafiə Nazirliyi xüsusi xidmət orqanlarının OPCW-yə qarşı dörd Rusiya vətəndaşının haker hücumu həyata keçirməyə cəhd göstərdiyini, amma kiberhücumun qarşısının alındığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi