Böyük Britaniya parlamenti buraxılıb

Böyük Britaniya parlamenti buraxılıb Böyük Britaniyada bu gün, mayın 30-da parlament rəsmən buraxılıb.
Digər ölkələr
30 May , 2024 06:50
Böyük Britaniya parlamenti buraxılıb

Böyük Britaniyada bu gün, mayın 30-da parlament rəsmən buraxılıb.

“Report” xəbər verir ki, bu barədə qanunverici orqanın saytında məlumat verilib.

Mövcud qaydalara görə, parlament bu il iyulun 4-nə təyin edilmiş səsvermə gününə 25 iş günü qalmış buraxılmalıdır.

Hazırda İcmalar Palatasının bütün üzvlərinin mandatları vaxtından əvvəl başa çatıb və artıq öz seçicilərini təmsil etmirlər. İstənilən halda onlardan hər hansı biri yenidən namizədliyini irəli sürə bilər.

Bununla belə, Lordlar Palatasının (yuxarı palata) üzvləri isə seçilmədikləri, lakin baş nazirin tövsiyəsi ilə kral tərəfindən təyin olunduqları üçün öz vəzifələrini saxlayırlar.

Xatırladaq ki, mayın 22-də Böyük Britaniyanın baş naziri Rişi Sunak parlamentin buraxıldığını və ölkədə iyulun 4-nə növbədənkənar seçkilərin təyin edildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi