Böyük Britaniya investor vizalarının verilməsini dayandırır

Böyük Britaniya investor vizalarının verilməsini dayandırır Bu addım mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində atılıb
Digər ölkələr
6 Dekabr , 2018 10:27
Böyük Britaniya investor vizalarının verilməsini dayandırır

Bakı. 6 dekabr. REPORT.AZ/ Böyük Britaniya hökuməti sabahdan etibarən investor vizalarının verilməsini dayandıracaq.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu addım mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində atılıb.

"Tier-1" vizası insanlara ölkə iqtisadiyyatına 2 milyon funt sərmayə qoymaq qarşılığında Böyük Britaniyada yaşamaq icazəsi almağa imkanı verir. İnvestisiyanın məbləğindən asılı olaraq, icazə üçün beş, üç və ya iki il sonra müraciət etmək olar.

Qeyd edək ki, bu il martın sonlarında Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Daxili İşlər Nazirliyinin investorlara, o cümlədən zəngin insanlara viza verilməsi prosesinin araşdırılacağını söyləmişdi.

Son xəbərlər

Orphus sistemi