Lula da Silva və Bolsonaru Braziliyada prezident seçkilərinin ikinci turuna yüksəliblər

Lula da Silva və Bolsonaru Braziliyada prezident seçkilərinin ikinci turuna yüksəliblər Braziliyanın hazırkı Prezidenti Jair Bolsonaru oktyabrın 2-də keçirilən prezident seçkilərində elektron seçki qutuları protokollarının 52,21 faizinin hesablanmasından sonra 46,31 faiz səslə liderliyini davam etdirir.
Digər ölkələr
3 Oktyabr , 2022 06:43
Lula da Silva və Bolsonaru Braziliyada prezident seçkilərinin ikinci turuna yüksəliblər

Braziliyanın keçmiş lideri Luis İnasiu Lula da Silva və hazırkı dövlət başçısı Jair Bolsonaru oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.

“Report” xəbər verir ki, oktyabrın 2-də keçirilmiş seçkilərin birinci turundan sonra ölkə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) internet saytında dərc edilmiş elektron seçki qutularının protokollarının 97,45 faizinin hesablanması buna sübutdur.

Braziliyanın eks-prezidenti, 2003-2010-cu illərdə Cənubi Amerika respublikasına rəhbərlik etmiş Lula da Silva 47,95 % səs toplayıb. Onu 55 milyondan çox insan dəstəkləyib. Bolsonaru 43,62 % səs toplayıb, 50 milyondan çox insan ona səs verib.

Ali Seçki Məhkəməsinin məlumatına görə, qeydiyyatdan keçmiş 156 milyondan çox seçicidən təxminən 32 milyonu səsverməyə gəlməyib.

Beləliklə, Lula da Silva və Bolsonaro oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.

Oktyabrın 2-də Braziliya seçiciləri prezidenti, əyalət qubernatorlarını, senatorların üçdə birini, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarını seçiblər. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından, ikinci tur oktyabrın sonlarında keçiriləcək.

04:20

Braziliya Fəhlə Partiyasının lideri Luis İnasiu Lula da Silva oktyabrın 2-də keçirilən prezident seçkilərində elektron seçki qutularının protokollarının 85,55 %-nin hesablanmasından sonra hazırkı Prezident Jair Bolsonarunu qabaqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) saytında real vaxt rejimində yenilənən məlumatda bildirilir.

Rəsmi hesablamalara görə, Lula da Silva 46,64 % səs toplayır, Bolsonarunun tərəfdarlarının payı isə 44,73 %-ə düşüb. Namizədlər arasındakı fərq təxminən 2 milyon səsdir.

Oktyabrın 2-də Braziliya vətəndaşları prezidenti, əyalət qubernatorlarını, senatorların üçdə birini, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarını seçiblər. Namizədlərdən heç biri 50 %-dən çox səs toplamasa, oktyabrın 30-da ikinci tur keçiriləcək.

03:13

Braziliyada oktyabrın 2-də keçirilən prezident seçkilərində elektron seçki qutuları protokollarının 52,21 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı Jair Bolsonaru 46,31 faiz səslə liderliyini davam etdirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) saytında real vaxt rejimində yenilənən məlumatda bildirilir.

Mühafizəkar siyasi baxışlara sadiq Braziliya liderinə 27,7 milyon insan səs verib. Onun əsas rəqibi, sosialist Luis İnasiu Lula da Silva ilkin fərqi aradan qaldıraraq 26,8 milyon seçicinin (44,86 %) dəstəyini qazanıb.

Məlumata görə, qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı 156 milyon nəfəri ötüb.

“Globo” telekanalı ekspertlərinin fikrincə, səslərin hesablanması davam etdikcə namizədlər arasında fərq azalacaq.

Son xəbərlər

Orphus sistemi