Bolqarıstanda içərisində 80 miqrantın olduğu yük avtomobili saxlanılıb
Digər ölkələr
- 03 sentyabr, 2023
- 10:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstanın paytaxtı Sofiya şəhərindən 8 km aralıda, Trakya magistralında 80 qeyri-qanuni miqrantı daşıyan yük avtomobili saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Hazırda hadisə yerində polis qrupları işləyir, qaçqınların şəxsiyyəti müəyyənləşdirilir və qaçmağa müvəffəq olan yük maşını sürücüsünün axtarışı aparılır. Digər təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl ölkənin daxili işlər naziri Kalin Stoyanov yay aylarında Bolqarıstan ərazisindən keçən miqrasiya axınının keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 57% artdığını açıqlamışdı.
Qeyd olunub ki, gün ərzində minə yaxın insan Bolqarıstan və Türkiyə sərhədini qanunsuz keçməyə çalışır.
Son xəbərlər
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
20:00
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Maliyyə
19:46
Foto
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb
Mədəniyyət siyasəti