Bolqarıstan Prezidenti NATO toplantısında ölkəsinin nümayəndə heyətinə rəhbərlikdən imtina edib

Bolqarıstan Prezidenti NATO toplantısında ölkəsinin nümayəndə heyətinə rəhbərlikdən imtina edib Bolqarıstan Prezidenti Rumen Radev NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək toplantısında ölkəsinin nümayəndə heyətinə rəhbərlik etməkdən imtina edib və bununla ölkə hökumətinin Ukrayna ilə bağlı qəbul etdiyi mövqe ilə razılaşmadığını əyani şəkildə
Digər ölkələr
27 İyun , 2024 22:45
Bolqarıstan Prezidenti NATO toplantısında ölkəsinin nümayəndə heyətinə rəhbərlikdən imtina edib

Bolqarıstan Prezidenti Rumen Radev NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək toplantısında ölkəsinin nümayəndə heyətinə rəhbərlik etməkdən imtina edib və bununla ölkə hökumətinin Ukrayna ilə bağlı qəbul etdiyi mövqe ilə razılaşmadığını əyani şəkildə göstərib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Ukraynadakı müharibənin ilk günündən dövlət başçısı Rusiyanın təcavüzünü kəskin şəkildə pisləyib. Milli və beynəlxalq forumlarda Radev həmişə təhlükəsizliyin təmin edilməsi, müdafiə qabiliyyətinin artırılması, NATO-nun regional planlarının həyata keçirilməsi və müdafiənin artırılması üçün kollektiv yanaşmanın bütün elementlərini dəstəkləyib. Eyni zamanda dövlət başçısı Ukraynadakı müharibə ilə bağlı ölkəmizin üzərinə götürməli olduğu öhdəliklərlə bağlı hökumətin qəbul etdiyi müəyyən müddəaları və çərçivə mövqelərini qəbul etmir”, - məlumatda deyilir.

Mətndə vurğulanır ki, məhz bu baxımdan Radev hökumətin Bolqarıstan nümayəndə heyətinə rəhbərlik etmək və dövlət və hökumət liderlərinin Vaşinqtonda keçiriləcək görüşündə iştirak etmək təklifini qəbul etmir.

Son xəbərlər

Orphus sistemi