Bolqarıstan prezidenti hökuməti qurmağa çalışır

Bolqarıstan prezidenti hökuməti qurmağa çalışır Bolqarıstan prezidenti Rumen Radev ölkənin yeni hökumətinin qurulması ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə məsləhətləşmələrin ikinci turunu başa vurub.
Digər ölkələr
19 Avqust , 2021 05:00
Bolqarıstan prezidenti hökuməti qurmağa çalışır

Bolqarıstan prezidenti Rumen Radev ölkənin yeni hökumətinin qurulması ilə bağlı parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə məsləhətləşmələrin ikinci turunu başa vurub.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, danışıqlarda “Demokratik Bolqarıstan” tərəfindən yaradılan koalisiya, “Haqqlar və Azadlıqlar Hərəkatı” və “Dirçəl BQ! Biz gəlirik!” partiyalarının rəsmiləri iştirak edib.

Prezident parlamentdəki partiyalar arasında aparılan danışıqlar zamanı dialoqun və konsensus axtarışının vacibliyini vurğulayıb. Tərəflər yeni hökumətin formalaşmasına müsbət yanaşıblar.

Son xəbərlər

Orphus sistemi