Boliviyada avtobus qəzası nəticəsində azı 31 nəfər ölüb

Boliviyada avtobus qəzası nəticəsində azı 31 nəfər ölüb Boliviyada azı 31 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Digər ölkələr
17 fevral 2025 22:03
Boliviyada avtobus qəzası nəticəsində azı 31 nəfər ölüb

Boliviyada azı 31 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə fevralın 17-də ölkənin cənub-qərbində, Yokalla bələdiyyəsində dağ yolunda olub.

Yerli iqtidar orqanlarının məlumatına görə, avtobus sürücüsü nəqliyyat vasitəsinə nəzarəti itirib və bu da təxminən 800 metr hündürlükdən düşüşə səbəb olub. “Sürücü, ehtimal ki, idarəetməni itirib və bu da avtobusun dərəyə yuvarlanmasına səbəb olub”, – yerli xəstəxanada olan polis əməkdaşı bildirib.

Yaralılardan 10 böyük və 4 uşaq xəstəxanaya yerləşdirilib, onlardan bir neçəsi reanimasiyadadır. Xəstəxananın nümayəndəsi videomüraciətində bəzi zərərçəkənlərin vəziyyətinin kritik olaraq qaldığını vurğulayıb.

Avtobusun hərəkət etdiyi dağlıq ərazi kəskin döngələri və təhlükəli sahələri ilə tanınır. Polis əməkdaşlarının sözlərinə görə, avtobusun sürəti faciədə əsas rol oynamış ola bilərdi.

Son xəbərlər

Orphus sistemi