BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq

BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşi İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danona məktub göndərib.
Digər ölkələr
28 Yanvar , 2025 22:22
BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danona məktub göndərib.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Baş katib məktubda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail torpaqlarında fəaliyyətinə davam etməsinə çağırıb: “Bizim mövqeyimiz beynəlxalq hüquqa əsaslanır və Fələstin xalqını dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Qeyd edək ki, ötən oktyabrın 28-də İsrail parlamenti UNRWA-nın ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.

İsrailin BMT-dəki səfiri Danni Danon bu gün təşkilatın Təhlükəsizlik Şurasına çıxışı zamanı UNWRA-nın fəaliyyətinin 48 saat ərzində dayandırılacağını bildirib.

Xatırladaq ki, 1948-ci ildə yaradılmış Agentlik Yaxın Şərq regionunda 5 milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi