BMT Ukraynanın Donetsk vilayətinin Olenivka qəsəbəsində yerləşən Olenivka həbsxanasına hücumla bağlı faktaraşdırıcı missiyasını ləğv edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, BMT Baş katibi ötən il iyulun 29-da Ukraynanın Olenivka şəhərində baş vermiş insidentlə bağlı faktaraşdırıcı missiyasını ləğv etmək qərarına gəlib. O əlavə edib ki, BMT faktaraşdırıcı missiyanı həbsxanaya giriş imkanının olmadığını əsas gətirərək ləğv edib.
Qeyd edək ki, ötən ilin iyul ayında ukraynalı əsirlərin saxlanıldığı həbsxanaya artilleriya zərbəsi endirilib. Nəticədə 53 nəfər həlak olub, 75 nəfər yaralanıb. Ölən şəxslərin “azov”çu əsirlər olduğu bildirilir. Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edib. BMT-nin faktaraşdırıcı missiyası Ukrayna və Rusiyadan gələn müraciətlərdən sonra yaranmışdı.