BMT Ukraynadakı bütün tərəfləri atəşkəsə çağırıb

BMT Ukraynadakı bütün tərəfləri atəşkəsə çağırıb BMT Ukraynadakı bütün tərəfləri atəşkəsə çağırıb.
Digər ölkələr
31 yanvar 2023 19:23
BMT Ukraynadakı bütün tərəfləri atəşkəsə çağırıb

BMT Ukraynadakı bütün tərəfləri atəşkəsə çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib.

Qərb ölkələrindən Kiyevə döyüş təyyarələri və digər hərbi texnikanın tədarükü ilə bağlı müzakirələrə dair sualı cavablandıran təşkilat rəsmisi bildirib ki, BMT qarşıdurmanın dayandırılmasını istəyir:

"Narahatlığımız ondan ibarətdir ki, qarşıdurma davam edir. Biz bunun dayandırılmasını istəyirik. İstəyirik ki, tərəflər hərbi əməliyyatları dayandırmaq üçün mümkün olan hər şeyi etsinlər".

Son xəbərlər

Orphus sistemi