BMT Təhlükəsizlik Şurasına sədrlik Koreya Respublikasına keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik Koreya Respublikasına keçib İyun ayı ərzində Koreya Respublikası BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.
Digər ölkələr
3 İyun , 2024 22:26
BMT Təhlükəsizlik Şurasına sədrlik Koreya Respublikasına keçib

İyun ayı ərzində Koreya Respublikası BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.

"Report"un ABŞ bürosu xəbər verir ki, Koreyanın BMT-dəki daimi nümayəndəsi səfir Cunkuk Hvanq ay ərzində Şuranın gündəliyində müzakirə olunacaq məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Səfir bildirib ki, ay ərzində TŞ-də kibertəhlükəsizliklə bağlı iki iclas planlaşdırılıb.

Daimi nümayəndə Yaxın Şərqdə davam edən müharibənin və bununla bağlı Əlcəzairin TŞ-yə təklif etdiyi qətnamə layihəsi ilə bağlı müzakirələrin aparılacağını deyib: "Bu qətnamə layihəsi ilə bağlı müzakirələr və danışıqlar bir qədər vaxt apara bilər. Hazırda bu problemin həlli ilə bağlı danışıqlar davam edir və diplomatik səylərlə bağlı bəzi inkişafları da görürük. Hazırda Qəzzadakı vəziyyət danışıqları canlandırmaq zərurətini bizə xatırladır".

Səfir ay ərzində Şimali Koreyanın ölkəsinə qarşı təxribatlarına cavab vermək üçün də TŞ-nin iclasını çağırmağa hazırlaşdığını deyib: "Bu günlərdə Şimali Koreya çoxlu qısamənzilli ballistik raket sınaqları və həmçinin hərbi kəşfiyyat sınağı da daxil olmaqla, böyük təxribatlar törədir. Biz bu təxribatlara Təhlükəsizlik Şurasının iclası da daxil olmaqla, qəti şəkildə cavab veririk. Şimali Koreya lideri Kim Çenq özü Cənubi Koreyaya münasibətdə artıq belə bir millət olmadığını söylədi və onlar indi konstitusiyadan birləşmə sözünü silmək prosesindədirlər".

Son xəbərlər

Orphus sistemi