BMT Təhlükəsizlik Şurasının ABŞ-ın təşəbbüsü ilə keçirilən Ukrayna üzrə iclası Rusiya və Çinin etirazlarına baxmayaraq baş tutub.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Məlumata görə, iclasın yekunu kimi rəsmi nəticələr - sənədlər və qərarlar qəbul olunmayıb. ABŞ, Ukrayna və bu ölkələrin Təhlükəsizlik Şurasındakı tərəfdarları yenidən Rusiyaya qarşı ittihamlar irəli sürüblər. Lakin Rusiya ittihamları rədd edib.
Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya qarşı tərəfin təmsilçilərinin söylədiklərinə cavab verib. "Gələcək müharibə ilə bağlı söhbətlər özlüyündə təxribat xarakterlidir. Siz deyəsən, buna çağırırsınız, bunun baş verməsini istəyirsiniz və gözləyirsiniz, sanki öz fərziyyələrinizi reallığa çevirmək istəyirsinz", - Rusiya nümayəndəsi BMT-nin yığıncağında bildirib.