BMT Qərb ölkələrini səfirliklərini Əfqanıstana qaytarmağa çağırıb

BMT Qərb ölkələrini səfirliklərini Əfqanıstana qaytarmağa çağırıb BMT Qərb ölkələrinin səfirliyini Əfqanıstana qaytarmağa çağırıb.
Digər ölkələr
26 Dekabr , 2022 01:19
BMT Qərb ölkələrini səfirliklərini Əfqanıstana qaytarmağa çağırıb

BMT Qərb ölkələrini səfirliklərini Əfqanıstana qaytarmağa çağırıb.

“Report” “Die Welt”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsinin müavini Markus Potsel deyib.

“Qərbin Əfqanıstanda, o cümlədən terrorizmə və qanunsuz narkotik ticarəti ilə mübarizə maraqları var”, - o əlavə edib.

Onun sözlərinə görə, buna görə də Qərb ölkələri nümayəndəliklərini Kabilə qaytarmalıdır.

"Daha çox Qərb ölkəsini burada bir daha təmsil olunmağa çağırıram", - Potsel deyib. O əlavə edib ki, bu da respublikadakı vəziyyətin qiymətləndirilməsinin yaxşılaşdırılmasına kömək edəcək.

Markus Potsel həmçinin Əfqanıstana təcili yardımın kifayət olmadığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi