Yuxarı

BMT-nin yeni baş katibinin adı məlum olub

Sabah baş tutacaq seçkilərdə Antoniu Quttereş bu posta əsas namizəddir

Bakı. 5 oktyabr. REPORT.AZ/ BMT-nin yeni baş katibinin adı məlum olub. 

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi məsələsində razılığa gəliblər. 

Beləliklə, oktyabrın 6-da baş tutacaq seçkidə Antoniu Quttereş BMT baş katibi postuna əsas namizəddir. 

BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq. 

Qeyd edək ki, A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 1999-2005-ci illərdə "Sosialist İnternasional"ın sədri olub, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında işləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi