Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB

Digər ölkələr
  • 13 may, 2024
  • 17:19
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB

BMT-nin baş katibi Antoniu Quterreş Qəzza zolağının cənubundakı Rəfah şəhərində təşkilata məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq bildirib.

Qeyd edək ki, Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı BMT-yə məxsus avtomobilə hücum nəticəsində qurumun bir əməkdaşı həlak olub, digər işçi isə yaralanıb.

18:57

Qəzza zolağı ilə Misir sərhədində yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığındakı hərbi əməliyyatlarda BMT-nin iki əməkdaşı yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

İsrailin “Kan” radiostansiyasının məlumatına görə, təhlükəsizlik xidmətləri hadisənin baş vermə şəraitini araşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti