BMT-nin Malidəki sabitləşmə üzrə çoxölçülü kompleks missiyası (MINUSMA) bu ölkədən sülhməramlı kontingentinin çıxarılmasının birinci mərhələsini başa çatdırıb.
"Report" xəbər verir ki, bu barədə "France24" telekanalı məlumat yayıb.
“Mavi Dəbilqəlilər” birinci mərhələdə nəzərdə tutulan son bazaları – ölkənin şimalındakı Ber, Qundam və şərqdəki Menaka şəhəri ərazisini tərk ediblər. İkinci və son mərhələ başlayıb.
Qeyd edək ki, ikinci mərhələ dekabrın ortalarına qədər davam edəcək, bundan sonra iki həftə ərzində böyük şəhərləri - Timbuktu, Qao və paytaxt Bamakonu tərk etməlidirlər.