BMT-də Qırmızı dənizdə gəmilərə hücumların araşdırılmasını tələb edən qətnamə qəbul olunub

BMT-də Qırmızı dənizdə gəmilərə hücumların araşdırılmasını tələb edən qətnamə qəbul olunub BMT Təhlükəsizlik Şurasında Yəmənin husi qiyamçılarının Qırmızı dənizdə gəmilərə hücumlarının araşdırılmasını tələb edən qətnamə layihəsi qəbul olunub.
Digər ölkələr
27 İyun , 2024 19:44
BMT-də Qırmızı dənizdə gəmilərə hücumların araşdırılmasını tələb edən qətnamə qəbul olunub

BMT Təhlükəsizlik Şurasında Yəmənin husi qiyamçılarının Qırmızı dənizdə gəmilərə hücumlarının araşdırılmasını tələb edən qətnamə layihəsi qəbul olunub.

"Report"un ABŞ bürosu xəbər verir ki, qanun layihəsi 12 lehinə və 3 bitərəf səslə qəbul edilib.

Qətnamədə BMT Baş katibindən 2025-ci il yanvarın 15-dək Qırmızı dənizdə husi hücumları barədə məlumat verməyə davam etməsi tələb olunur. Baş katibin hesabatı 2024-cü il iyulun 1-də başa çatmalı idi.

Qeyd edək ki, Yəmənin husi qiyamçıları dekabr ayından Qırmızı dənizdə gəmilərə hücum edir. Onların fikrincə, bu hücumlar fələstinlilərlə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Üsyançılar İsrail Qəzza zolağında döyüşləri dayandırana qədər hücumları davam etdirəcəkləri ilə hədələyirlər.

Son xəbərlər

Orphus sistemi