BMT baş katibinin sözçüsü ermənipərəst jurnalisti susdurub

BMT baş katibinin sözçüsü ermənipərəst jurnalisti susdurub Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin müstəqil jurnalisti (“freelance”-red) Evelin Leopoldun BMT-nin missiyasının Qarabağı ziyarətinə dair ötən gün yayımladığı hesabatı ilə bağlı ironiyalı və təxribat xarakterl
Digər ölkələr
4 Oktyabr , 2023 04:00
BMT baş katibinin sözçüsü ermənipərəst jurnalisti susdurub

Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin sözçüsü Stefan Dujarrik BMT-nin jurnalisti Evelin Leopoldun beynəlxalq təşkilatın missiyasının Qarabağı ziyarətinə dair yayımladığı hesabatı ilə bağlı ironiyalı və təxribat xarakterli sualını cavablandıraraq jurnalisti susdurub.

"Report"un ABŞ bürosu xəbər verir ki, jurnalist sözçüyə erməniləri müdafiə edən sual verib və BMT-nin Azərbaycanın əleyhinə açıqlama verməməsinin səbəbini soruşub.

S.Dujarrik isə cavabında BMT-nin hesabatının faktlara əsaslandığını deyib: "Bu bir rəy bəyanatı deyildi. Bölgəyə gedən missiya üzvləri öz gözləri ilə gördüklərini qələmə alıblar. Onlar görmədikləri haqqında danışmırlar. Biz Ermənistan hökumətinə humanitar yardım verməyə davam edirik. Bizim həmkarlarımız yalnız gördükləri barədə məlumat verə bilər, baş verənləri təhlil edə bilmərik".

Son xəbərlər

Orphus sistemi