BMT baş katibi Ukraynadakı vəziyyətə görə narahatdır

BMT baş katibi Ukraynadakı vəziyyətə görə narahatdır Pan Gi Mun ölkənin şərqində "seçkilərin" keçirilməsini pisləyib
Digər ölkələr
4 Noyabr , 2014 10:52
BMT baş katibi Ukraynadakı vəziyyətə görə narahatdır
Bakı. 4 noyabr. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Ukraynadakı vəziyyətə görə narahatlığını ifadə edib və iki gün əvvəl Donetsk və Luqansk vilayətlərində baş tutan saxta "seçkilərin" keçirilməsinə dair 29 oktyabr tarixli bəyanatını xatırladıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin baş katibinin mətbuat katibi Stefan Dyujarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.

BMT-nin mətbuat katibi qeyd edib ki, P.Mun bütün tərəfləri Minsk razılaşmalarına - protokol və memoranduma riayət etməyə çağırıb. 

BMT-nin baş katibi 29 oktyabr tarixli bəyanatında bildirib ki, "silahlı üsyançı dəstələrin konstitusiya və milli qanunvericilik tələblərini pozmaqla noyabrın 2-də keçiriləcək şəxsi "seçkilərini" qınayır".

Pan Gi Mun vurğulayıb ki, bu "seçkilər" Minsk razılaşmalarına ciddi ziyan vuracaq. O, tərəfləri həmin razılaşmalara tam həcmdə riayət etməyə çağırıb. 

Bəyanatda BMT rəhbəri Ukraynanın sabitliyinin bərpası və  suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasının vacibliyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi