BMT Baş katibi Ukrayna ətrafında pisləşən vəziyyətə görə səfərini ləğv edib

BMT Baş katibi Ukrayna ətrafında pisləşən vəziyyətə görə səfərini ləğv edib BMT-nin Baş katibi Antoniu Quttereş Ukrayna ətrafında pisləşən vəziyyətə görə Konqo Demokratik Respublikasına səfərini ləğv edib.
Digər ölkələr
21 Fevral , 2022 23:14
BMT Baş katibi Ukrayna ətrafında pisləşən vəziyyətə görə səfərini ləğv edib

BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna ətrafında vəziyyətin pisləşməsi ilə əlaqədar Konqo Demokratik Respublikasına səfərini ləğv edib və çərşənbə axşamı Nyu-Yorka qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanatda deyilir.

"Ukrayna ətrafında vəziyyətin pisləşməsi fonunda BMT-nin baş katibi Konqo Demokratik Respublikasına səfərini ləğv edir. Baş katib çərşənbə axşamı Nyu-Yorka qayıdacaq", - Düjarrik bildirib.

Son xəbərlər

Orphus sistemi