BMT baş katibi: "Qarşıdakı aylar beynəlxalq aləm üçün sınaq olacaq"

BMT baş katibi: "Qarşıdakı aylar beynəlxalq aləm üçün sınaq olacaq" Ukrayna böhranı, iqlim dəyişikliyi ilə mübarizə, koronavirus pandemiyası beynəlxalq aləmi yaxın aylarda sınaqdan keçirəcək.
Digər ölkələr
7 İyun , 2022 20:33
BMT baş katibi: Qarşıdakı aylar beynəlxalq aləm üçün sınaq olacaq
Antoniu Quterreş

Ukrayna böhranı, iqlim dəyişikliyi ilə mübarizə, koronavirus pandemiyası beynəlxalq aləmi yaxın aylarda sınaqdan keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş Baş Assambleyanın iclasında deyib.

"Dünya indi təhlükə ilə üz-üzədir. Ukraynadakı müharibədən iqlim dəyişikliyi böhranının dərinləşən təsirinə, pandemiyadan humanitar ehtiyaclara, aclıq və yoxsulluğa qədər, qarşıdan gələn aylar beynəlxalq sistemi sınaqdan keçirəcək", - Quterreş bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyası dünya birliyinin fəaliyyətində mərkəzi yer tutur.

Son xəbərlər

Orphus sistemi