BMT baş katibi İraqa səfər edib

BMT baş katibi İraqa səfər edib "Pan Gi Mun İraq xalqı və hökumətinə BMT-nin dəstəyini bildirmək üçün Bağdada gəlib"
Digər ölkələr
30 Mart , 2015 12:36
BMT baş katibi İraqa səfər edib

Bakı. 30 mart. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun bu gün səhər İraq rəsmi şəxsləri ilə danışıqlar aparmaq üçün  Bağdada gəlib. "Report" xəbər verir ki, baş katib İraqın baş naziri Heydər əl-Abadi və yerli hakimiyyət orqanlarının digər nümayəndələri ilə görüşlər keçirəcək. 

"Pan Gi Mun İraq xalqı və hökumətinə bu çətin zamanda BMT-nin dəstəyini nümayiş etdirmək üçün Bağdada gəlib", - BMT rəhbərinin rəsmi twitter səhifəsində qeyd olunub.

Son xəbərlər

Orphus sistemi