BMT baş katibi Ersin Tatarla görüşüb
Digər ölkələr
- 05 aprel, 2024
- 20:33
BMT Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı qərargah binasında Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatarla görüşüb.
"Report"un ABŞ bürosu xəbər verir ki, görüşdə Baş katibin Kipr problemi üzrə təyin olunmuş yeni şəxsi nümayəndəsi Maria Anqela Kuelyarın Kipr Türk və Kipr Rum liderləri və nümayəndələri ilə təmasları əsasında ortaq müzakirələr aparılıb. Baş katib Kipr Prezidenti Nikos Kristodulideslə Brüsseldə keçirdiyi son görüşündə əldə olunan nəticələr barəsində E.Tatarla fikir mübadiləsi aparıb.
A.Quterreş Kipr probleminin yekun həllinə nail olmaq üçün davamlı, ciddi səylərin vacibliyinə diqqət çəkib və yaxın gələcəkdə bölgədə razılaşmanın həllinə nail olacaqlarına ümid etdiyini deyib.
Son xəbərlər
12:43
Tərlan Qurbanəliyev: "Bayrağımızı turnirin çempionu kimi dalğalandıracağımıza inanıram"
Komanda12:40
Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək
ASK12:36
MDM-in "Clearstream" və "Euroclear"da hesablarının açılması müzakirə edilib
Maliyyə12:33
Video
Binəqədinin bir hissəsində yol hərəkətinin təşkili dəyişir
İnfrastruktur12:31
Video
"Baku Electronics"də "Qırmızıya gəl", sərfəli şərtlərdən yararlan: 70 %-dək endirim fürsəti sizi gözləyir!
Digər12:30
Elçin Camallı: "Polo turnirinə yaxşı hazırlaşmışıq, özümüzü favorit görürük"
Komanda12:30
Foto
Astanada Azərbaycanın sağlamlıq turizmi imkanları təqdim edilib
Turizm12:27
Luka Skieppati: "Avropa bazarının Azərbaycan qazına marağı yüksək olaraq qalır" - MÜSAHİBƏ
Energetika12:21
Foto