Yuxarı
    Bağlamaq

    BMT baş katibi Ukraynada atəşkəs haqqında razılaşmanı alqışlayıb

    Pan Gi Mun bu hadisəni sıçrayış adlandırıb

    Bakı. 8 sentyabr. REPORT. AZ/ BMT baş katibi Pan Gi Mun Ukrayna üzrə Kontakt qrupu və silahlı qruplaşmaların nümayəndələri arasında Minskdə keçirilən məsləhətləşmələrin atəşkəs haqqında razılaşma ilə nəticələndiyi barədə məlumatları alqışlayıb. Report-un verdiyi xəbərə görə, BMT baş katibi Ukrayna və Rusiya prezidentləri arasında aparılan müzakirələr sayəsində mümkün olan bu hadisəni "sıçrayış" adlandırıb. Pan Gi Mun bu əlaqələri davam etdirməyə çağırıb.

    Pan Gi Mun dünya ictimaiyyətini bugünkü razılaşmaları birgə dəstəkləməyə və Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam hörməti təmin edəcək qərara əsaslanmış davamlı sülhün bərqərar olması üçün hərəkət etməyə çağırıb. 

    Baş katib qeyd edib ki, hərbi əməliyyatların dayandırılması BMT və beynəlxalq ictimaiyyətin digər humanitar tərəfdaşlarına zərərçəkmiş rayonlara tələb olunan humanitar yardımı çatdırmağa imkan verəcək. 

    BMT rəhbəri yenidən bildirib ki, Ukraynadakı böhranı hərbi yolla həll etmək olmaz. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi