Yuxarı

​BMT: Aprel ayında İraqda 741 nəfər həlak olub

Ötən ay bu ölkədə 1375 nəfər yaralanıb.

Bakı. 1 May. REPORT.AZ/ Aprel ayında İraqda baş vermiş zorakılıq, qarşıdurma, hərbi toqquşmalar nəticəsində 741 nəfər həlak olub, 1375 nəfər yaralanıb. "Report" "TASS"a istinadən xəbər verir ki, bu rəqəmlər BMT-nin İraq üzrə Missiyasının aylıq hesabatında yer alıb.

Hesabatda bildirilir ki, ötən ay bu ölkədə həyatını itirənlərin 410 nəfəri, yaralananların isə 973 nəfəri mülki şəxslər olub.

Mart ayında isə İraqda 1119 nəfər ölüb, 1561 sakin yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi