“Bloomberg”: “Norveç Arktika Şurasına sədrliyin verilməsi üçün Rusiya ilə danışıqlar aparır”

“Bloomberg”: “Norveç Arktika Şurasına sədrliyin verilməsi üçün Rusiya ilə danışıqlar aparır” Norveç hökuməti 2023-cü ildə Arktika Şurasına sədrliyin Moskvadan Osloya verilməsi ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparır.
Digər ölkələr
28 Mart , 2023 21:21
“Bloomberg”: “Norveç Arktika Şurasına sədrliyin verilməsi üçün Rusiya ilə danışıqlar aparır”

Norveç hökuməti 2023-cü ildə Arktika Şurasına sədrliyin Moskvadan Osloya verilməsi ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparır.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Norveç hökumətinin nümayəndəsi Morten Hoqlund mətbuata açıqlamasında bildirib.

Norveç Nazirlər Kabinetinin Arktika üzrə baş nümayəndəsi qeyd edib ki, 2023-cü ilin mayında Rusiyanın Şuraya sədrliyi başa çatdıqdan sonra səlahiyyətlərin ötürülməsi virtual iclasda baş tutacaq.

Norveç rəsmisinin sözlərinə görə, Oslonun quruma iki illik sədrliyi dövründə əsas vəzifəsi Arktika Şurasını qorumaq olacaq.

M.Hoqlund onu da vurğulayıb ki, səlahiyyətlərin ötürülməsindən sonra Norveç tərəfi təşkilat çərçivəsində bütün fəaliyyət növləri üzrə bütün müvafiq əlaqələri bərpa etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi