Blogeri selfi çəkən zaman qatar vurub - VİDEO

Blogeri selfi çəkən zaman qatar vurub - VİDEO Bakı. 25 yanvar. REPORT.AZ/ Dəmir yolu xətti yaxınlığında qatarın keçdiyi anda ekstremal selfi çəkdirmək istəyən Hindistanın Haydarabad şəhər sakininin bu cəhdi qəza ilə yekunlaşıb.
Digər ölkələr
25 Yanvar , 2018 10:54
Blogeri selfi çəkən zaman qatar vurub - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ Dəmir yolu xətti yaxınlığında qatarın keçdiyi anda ekstremal selfi çəkdirmək istəyən Hindistanın Haydarabad şəhər sakininin bu cəhdi qəza ilə yekunlaşıb.

"Report" xəbər verir ki, "YouTube"da yerləşdirilən videoda hərəkətdə olan qatarın onu vurduğu görünür.

Gənc oğlan lokomotiv və vaqonları göstərərək özünəəmin şəkildə dayansa da, şəkil çəkdirən zaman relslərə çox yaxınlaşması onun başına bəla olub.

Bloger ciddi xəsarət almayıb, ona dərhal tibbi yardım göstərilib, həkimlər vəziyyətini sabit qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi