Blinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə Qəzzada vəziyyəti müzakirə edib

Blinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə Qəzzada vəziyyəti müzakirə edib ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb, onlar Qəzza zolağında vəziyyətin nizamlanması üzrə fəaliyyətin koordinasiyasını müzakirə ediblər.
Digər ölkələr
18 İyun , 2024 03:01
Blinken Səudiyyə Ərəbistanının XİN başçısı ilə Qəzzada vəziyyəti müzakirə edib

ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl Səudla telefon danışığı aparıb, onlar Qəzza zolağında vəziyyətin nizamlanması üzrə fəaliyyətin koordinasiyasını müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

"Dövlət katibi və xarici işlər naziri Qəzzada sabit atəşkəsə nail olmaq, bütün girovların azad edilməsini təmin etmək və Qəzzada humanitar yardımın həcmini artırmaq, habelə münaqişədən sonrakı dövrdə fəaliyyətin əlaqələndirilməsi üçün hazırkı səyləri müzakirə ediblər", - o deyib.

Miller qeyd edib ki, Blinken BMT strukturlarının əməkdaşlarının yəmənli husi üsyançıları tərəfindən tutulmasından və Qırmızı dənizdəki gəmilərə davamlı hücumlardan narahatlığını ifadə edib.

Tərəflər Sudanda hərbi əməliyyatların dayandırılması üçün kollektiv tədbirlərin görülməsinin zəruriliyini də müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi