Blinken Lavrovdan Ukraynadan taxıl ixracına mane olmamağı tələb edib

Blinken Lavrovdan Ukraynadan taxıl ixracına mane olmamağı tələb edib ABŞ dövlət katibi Entoni Blinken G-20 sammitində Rusiyadan Ukrayna ərazisindən taxıl ixracına mane olmamağı tələb edib.
Digər ölkələr
8 İyul , 2022 13:30
Blinken Lavrovdan Ukraynadan taxıl ixracına mane olmamağı tələb edib

ABŞ dövlət katibi Entoni Blinken G-20 sammitində Rusiyadan Ukrayna ərazisindən taxıl ixracına mane olmamağı tələb edib.

“Report” “TBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, Blinken bu barədə qapalı iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edərək müvafiq bəyanatla çıxış edib: “Rusiyalı həmkarlarımıza müraciət edirəm: Ukrayna sizin ölkəniz deyil. Onun taxılı sizin taxılınız deyil. Niyə limanları bağlayırsız?”

Xatırladaq ki, G-20 ölkələrinin XİN rəhbərlərinin budəfəki görüşünün əsas mövzularından biri ərzaq təhlükəsizliyi olub. G-20 sammitinin iştirakçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla xatirə fotosu çəkdirməkdən imtina etmişdilər.

Son xəbərlər

Orphus sistemi