Blinken Lavrovdan Ukraynadan taxıl ixracına mane olmamağı tələb edib
Digər ölkələr
- 08 iyul, 2022
- 09:30
ABŞ dövlət katibi Entoni Blinken G-20 sammitində Rusiyadan Ukrayna ərazisindən taxıl ixracına mane olmamağı tələb edib.
“Report” “TBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, Blinken bu barədə qapalı iclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edərək müvafiq bəyanatla çıxış edib: “Rusiyalı həmkarlarımıza müraciət edirəm: Ukrayna sizin ölkəniz deyil. Onun taxılı sizin taxılınız deyil. Niyə limanları bağlayırsız?”
Xatırladaq ki, G-20 ölkələrinin XİN rəhbərlərinin budəfəki görüşünün əsas mövzularından biri ərzaq təhlükəsizliyi olub. G-20 sammitinin iştirakçıları Rusiyanın xarici işlər naziri Sergey Lavrovla xatirə fotosu çəkdirməkdən imtina etmişdilər.
Son xəbərlər
02:45
"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol02:15
Orban: Venesuelada baş verən hadisələr neftin bahalaşmasına səbəb ola bilər
Digər ölkələr01:41
Qətər Venesuela ətrafında vəziyyətin həllinə yardım etməyə hazırdır
Digər ölkələr01:08
Zelenski: Rusiya tərəfindən real kompromislər yalnız sərt təzyiq şəraitində mümkündür
Digər ölkələr00:39
Vitse-prezident: Maduro Venesuelanın yeganə qanuni lideridir
Digər ölkələr00:03
ABŞ Kuba hakimiyyətinə qarşı hərbi əməliyyatlar keçirməyəcək
Digər ölkələr23:50
Çin 2025-ci ildə 92 kosmik buraxılış həyata keçirib
Digər ölkələr23:26
Pezeşkian Trampın İrandakı etirazçılara dəstəyini cəfəngiyyat adlandırıb
Region23:22
Foto
Video