Blinken: Girovların geri qaytarılması və atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin vaxtıdır

Blinken: Girovların geri qaytarılması və atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin vaxtıdır Girovların geri qaytarılması, atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin və “yox” demək üçün heç bir bəhanə axtarmamasının vaxtıdır.
Digər ölkələr
19 Avqust , 2024 14:02
Blinken: Girovların geri qaytarılması və atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin vaxtıdır

Girovların geri qaytarılması, atəşkəsin əldə olunması üçün hər kəsin “hə” deməsinin və “yox” demək üçün heç bir bəhanə axtarmamasının vaxtıdır.

"Report" xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken İsrail Prezidenti İsxak Hersoqla görüşdə deyib.

"İsraildə İrandan, "Hizbullah"dan və digər mənbələrdən gələcək hücumların mümkünlüyü ilə bağlı dərin narahatlıqla dolu bir an olduğunu bilirəm. Prezidentin də dediyi kimi, Birləşmiş Ştatlar istənilən hücumun qarşısını almaq və lazım gələrsə, hər hansı bir hücumdan müdafiə etmək üçün buraya qüvvələr yerləşdirmək istiqamətində qəti addımlar atıb. Amma səfərimin məqsədi diqqəti girovların geri qaytarılması, atəşkəsin əldə olunmasına yönəltməkdir", - o qeyd edib.

A.Blinken vurğulayıb ki, hazırda girovları evlərinə qaytarmaq üçün bəlkə də, sonuncu fürsətdir:

"Bu, həlledici məqamdır – girovları evlərinə qaytarmaq, atəşkəs əldə etmək üçün, yəqin ki, ən yaxşı, bəlkə də, sonuncu fürsətdir".

Son xəbərlər

Orphus sistemi