Putin və Tramp arasında mümkün görüş üçün məkanlar təklif edilib
Digər ölkələr
- 24 dekabr, 2024
- 06:18
Bir neçə ölkə Moskvaya Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Trampın mümkün görüşü üçün öz məkanlarını təklif edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirdiyi brifinqdə bildirib.
“Nə qədər qəribə də olsa, biz artıq müxtəlif ölkələrdən bununla bağlı bir neçə təklif almışıq. Hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən təxmin etməmək üçün onların adlarını deməyəcəyəm. Amma belə təklif olub və indi də var”, - Uşakov bildirib.
O bu sözləri jurnalistlərin Macarıstan və Slovakiya liderlərinin Putinlə son təmasları zamanı Rusiya dövlət başçısına Tramp ilə görüş üçün mümkün platforma kimi öz ölkələrini təklif edib-etməmələri ilə bağlı sualını cavablandırarkən deyib.
Son xəbərlər
05:43
Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına hava zərbələri endirib
Digər ölkələr05:16
ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuşları məhdudlaşdırıb
Digər ölkələr04:50
Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb
Digər ölkələr04:25
BMT Trampın Venesuelanı idarə etmək planlarından dərin narahatdır
Digər ölkələr03:47
Vuçiç Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb
Digər ölkələr03:17
İsveçrədə yanğında ölən 40 nəfərdən səkkizinin şəxsiyyəti müəyyənləşib
Digər ölkələr02:45
"Porto"nun baş məşqçisi "Çelsi"yə mümkün transferi haqqında danışıb
Futbol02:15
Orban: Venesuelada baş verən hadisələr neftin bahalaşmasına səbəb ola bilər
Digər ölkələr01:41