Beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub
Digər ölkələr
- 28 iyun, 2017
- 14:56
Bakı. 28 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriyaya endirdiyi hava zərbəsi nəticəsində 50 dinc sakin həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, hava zərbəsi üç təyyarə ilə Deyr-ez-Zor bölgəsinə endirilib. Zərbə nəticəsində xəsarət alanlar da var. Onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.
"SANA" agentliyi isə mənbəyə istinadən hava zərbəsi nəticəsində azı 40 dinc sakinin həlak olduğunu xəbər verib. Agentliyin xəbərində bildirilir ki, hücum Məyadin rayonunun əd-Dublyan kəndinə edilib. Həlak olanların əksəriyyəti qadınlar və uşaqlardır.
Xəbərdə həmçinin qeyd olunur ki, kəndin sakinləri hücumun təkrarlanacağından qorxaraq səhraya qaçıblar.
Son xəbərlər
01:27
Türkiyə və İran liderləri regiondakı vəziyyəti müzakirə ediblər
Region01:06
"Reuters": ABŞ Rusiyaya qarşı neft sanksiyalarını yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr00:53
Sarayda yolu keçmək istəyən piyadanı maşın vurub öldürüb
Hadisə00:44
Qrossi: İran uranının əhəmiyyətli hissəsi İsfahandadır
Digər ölkələr00:19
CBS: Tramp İrana qarşı müharibənin demək olar ki, bitdiyini düşünür
Digər ölkələr00:00
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir
Daxili siyasət23:53
Macarıstanın Kiyevdəki səfiri Ukraynanın XİN-ə çağırılıb
Digər ölkələr23:43
U-23 Avropa çempionatı: Vasif Bağırov və Səbuhi Əmiraslanov finala yüksəlib
Fərdi23:29