Beş ay okeanın ortasında qalan 2 qadın xilas edilib

Beş ay okeanın ortasında qalan 2 qadın xilas edilib Onlar gəmiyə yığdıqları bir illik azuqə sayəsində sağ qalıblar
Digər ölkələr
27 Oktyabr , 2017 03:58
Beş ay okeanın ortasında qalan 2 qadın xilas edilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmisi 5 ay açıq okeanda qalan iki qız və onların iki itini xilas edib.

"Report" ABC-yə istinadən xəbər verir ki, xilas edilən qızlar mayın 30-da gəminin mühərikinin xarab olduğunu, lakin sahilə çıxmaq ümidi ilə üzməyi davam etdirdiklərini bildiriblər.

İki ay sonra onlar radio vasitəsi ilə fəlakət siqnalı göndərməyə başlayıblar.

Oktyabrın 25-də qızların yelkənli gəmisi Tayvanın balıqçı gəmisi tərəfindən müşahidə edilib və bu barədə ABŞ HDQ gəmisinə məlumat verilib.

Qızlardan birinin sözlərinə görə, onlar gəmiyə yığdıqları bir illik azuqə və su təmizləyici aparat sayəsində sağ qalıblar.

Son xəbərlər

Orphus sistemi