İran ABŞ-nin Qətərdəki bazasına zərbə endirməsinə aydınlıq gətirib
Digər ölkələr
- 24 iyun, 2025
- 13:14
İran ABŞ-nin "Əl-Udeyd" bazasına zərbələri Vaşinqtonun əsassız təcavüzünə cavab olaraq özünümüdafiə aktı adlandırıb.
“Report” xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi İsmayıl Bəqai “X” hesabında bildirib.
XİN nümayəndəsi həmçinin deyib ki, İranın hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur.
"Bu özünümüdafiə aktının Qətərlə heç bir əlaqəsi yox idi, çünki bizim mükəmməl və dərin kök salmış münasibətlərimiz var. İran Qətər Dövləti və digər qonşu ölkələrə münasibətdə mehriban qonşuluq siyasətinə tam sadiqdir", - o yazıb.
Bəqai vurğulayıb ki, ABŞ və İsrailin İranla qardaş ölkələr arasındakı münasibətlərin parçalanması aləti kimi hərbi təzyiq və təcavüzdən istifadə etməsinə imkan verməyəcək.
Gülnar Mahmudova
Son xəbərlər
20:51
Sadır Japarov: İnanıram ki, Azərbaycan və Ermənistanın uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar
Xarici siyasət20:43
Şahbaz Şərif: İlham Əliyev Qafqazda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır
Xarici siyasət20:41
Tokayev: Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir
Xarici siyasət20:39
Ərdoğan İlham Əliyevi "Zayed İnsan Qardaşlığı Mükafatı" alması münasibətilə təbrik edib
Xarici siyasət20:35
Foto
Video
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı" təqdim olunub - YENİLƏNİB-2
Xarici siyasət20:32
Azərbaycan Basketbol Liqasının XVI turunda "Sumqayıt" qələbə qazanıb
Komanda20:25
Foto
Azərbaycanda iri və xırdabuynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənib
ASK20:14
Yanvarda Bakı metrosundan 17 milyon 600 minə yaxın sərnişin istifadə edib
İnfrastruktur20:13