Belçikada koronavirusdan ölənlərin sayı 1 000-i keçdi

Belçikada koronavirusdan ölənlərin sayı 1 000-i keçdi Belçikada daha 1 384 nəfər koronavirusa yoluxub.
Digər ölkələr
192
2 Aprel , 2020 14:31
Belçikada koronavirusdan ölənlərin sayı 1 000-i keçdi

Belçikada daha 1 384 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Böhran Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Belçikada virusa yoluxanların rəsmi sayı 15 348 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə son sutkada 183 nəfər artaraq 1 011-ə çatıb.

Bundan başqa, sağalanların sayında da artım müşahidə edilib. Belə ki, ölkədə koronavirusa qalib gələnlərin sayı 2 495 nəfərə yüksəlib.

Böhran Mərkəzindən vurğulanıb ki, dünyasını dəyişənlərin 40%-i yaşı 80 və daha çox olan, 93%-i isə yaşı 65 və daha çox olan insanlardır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 950 400-ü ötüb. Bunların 202 627 nəfəri sağalıb, 48 276 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi