Belarusda koronavirusa yoluxanların sayı 63 mini keçdi

Belarusda koronavirusa yoluxanların sayı 63 mini keçdi Belarusda son sutka ərzində 273 nəfərdə koronavirus aşkar edilib
Digər ölkələr
414
4 İyul , 2020 16:32
Belarusda koronavirusa yoluxanların sayı 63 mini keçdi

Belarusda son sutka ərzində 273 nəfərdə koronavirus aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 63 270 nəfərə çatıb.

Son gün ərzində 6 COVID-19 xəstəsi ölüb və virus qurbanlarının sayı 418 nəfərə çatıb.