Belarus prezidentinin andiçmə mərasiminin tarixi məlum olub

Belarus prezidentinin andiçmə mərasiminin tarixi məlum olub Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.
Digər ölkələr
20 mart 2025 11:57
Belarus prezidentinin andiçmə mərasiminin tarixi məlum olub

Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə BELTA Belarusun Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

Ölkə Konstitusiyasına görə, prezidentin andı prezident seçkilərindən sonra, amma iki aydan gec olmayaraq, Ümumbelarus Xalq Məclisi Rəyasət Heyəti üzvlərinin, Nümayəndələr Palatasının deputatlarının, Respublika Şurasının üzvlərinin, Konstitusiya və Ali Məhkəmə hakimlərinin iştirakı ilə təntənəli mərasimlə qəbul edilməlidir.

Qeyd edək ki, Belarusda prezident seçkiləri yanvarın 26-da keçirilib. MSK-nın təsdiq etdiyi səsvermə nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82 faiz səs toplayaraq yenidən prezident seçilib.

Ümumilikdə səsvermədə 5,9 milyondan çox insan iştirak edib (səsvermə hüququ olan təxminən 6,9 milyon insanın 85,69 faizi).

Son xəbərlər

Orphus sistemi