Yuxarı

BƏƏ-də göydələndə baş verən yanğında beş nəfər xəsarət alıb

Yanğın 12 göydələndən ibarət yaşayış kompleksinin iki çoxmərtəbəli binasını ağuşuna alıb

Bakı. 29 mart. REPORT.AZ/ BƏƏ-də Acman və Şarca əmirliklərinin sərhədində yerləşən yaşayış göydələnində dünən gecə baş vermiş güclü yanğında beş nəfər, o cümlədən bir hamilə qadın yüngül xəsarət alıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Acmanın polis rəisi məlumat verib.

Yanğın 12 göydələndən ibarət yaşayış kompleksinin iki çoxmərtəbəli binasını ağuşuna alıb. Bu iki göydələndə yanğın azı 10 mərtəbəni əhatə edib. Yanğın səbəbiylə "qüllələr"ə bitişik avtomobil parkındakı bütün maşınlar yanıb.

Çoxmərtəbəli binaların sakinləri vaxtında evakuasiya edilib. Hadisə yerinə gələn tibb işçiləri xəsarət alanlara lazımi köməkliyi göstərib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi