Qəzza zolağında mümkün yeni atəşkəs razılaşması üzrə danışıqlar davam edir. Fələstinin radikal “HƏMAS” hərəkatını danışıqlarda Misir və Qətər təmsil edir.
“Report”un məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden Dohada aparılan danışıqlara münasibət bildirərkən deyib.
“Onları (HƏMAS liderlərini - Qeyd) həm qətərlilər, həm də misirlilər təmsil edir, biz burada danışarkən danışıqlar gedir”, - Bayden bildirib.
Qəzzada atəşkəs və “HƏMAS” hərəkatı tərəfindən girovların azad edilməsi üzrə danışıqların növbəti mərhələsi 15 avqusta tarixində Qətərin paytaxtı Doha şəhərində başlayıb. Misir, Qətər və ABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.
Vasitəçilər həmçinin Baydenin əvvəllər irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar.