ABŞ Prezidenti Cozef Bayden ölkəsinin həm İsrailə, həm də Ukraynaya yardım etmək iqtidarında olduğuna əmindir.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısı CBS-in “60 minutes” verilişinə müsahibəsində deyib.
“Allah xatirinə, biz Amerika Birləşmiş Ştatlarıyıq – tarixin, hətta dünya tarixinin ən güclü dövləti”, - Bayden vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun bunu etmək imkanı var və bunu etməlidir: “Biz etməzsək, bəs kim edəcək?”