Banqladeşdə etiraz aksiyası zamanı azı 16 nəfər ölüb

Banqladeşdə etiraz aksiyası zamanı azı 16 nəfər ölüb Banqladeşdə tələbə etirazları zamanı ölənlərin sayı 16 nəfərə çatıb, 500-dən çox insan yaralanıb.
Digər ölkələr
18 İyul , 2024 20:08
Banqladeşdə etiraz aksiyası zamanı azı 16 nəfər ölüb

Banqladeşdə tələbə etirazları zamanı ölənlərin sayı 16 nəfərə çatıb, 500-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Etirazçılar ümummilli tətil elan edərək yalnız xəstəxanalar və təcili yardım xidmətlərinin fəaliyyətini davam etdirə biləcəklərinə dair xəbərdarlıq ediblər.

Tələbələr kvotaların tətbiqinə etiraz edərək, bu addımın ayrı-seçkilik olduğunu hesab edirlər.

Qeyd edək ki, iyulun 18-də paytaxt Dəkkədə polis ictimai asayişi qoruyarkən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib, hökumət isə nümayişləri yatırmaq üçün mobil internet şəbəkələrinin bağlanmasına göstəriş verib. Paytaxtın səmasında hərbi helikopterlər dövrə vurur, küçələrə zirehli texnikalar çıxarılıb.

Banqladeşin Baş nazir Şeyx Hasina xalqa müraciət edərək, kvota sistemində islahat tələb edən tələbələrin Banqladeş Ali Məhkəməsinin qərarından məyus olmayacaqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi