Banqladeş hökuməti rohinca qaçqınlarını iki il ərzində vətənlərinə qaytarmağı planlaşdırır

Banqladeş hökuməti rohinca qaçqınlarını iki il ərzində vətənlərinə qaytarmağı planlaşdırır Bakı. 16 yanvar. REPORT.AZ/ Banqladeş hökuməti daha əvvəl Myanmadan qaçan bütün rohinca müsəlmanlarının iki il ərzində vətənlərinə qayıtmasına yardım edəcək.
Digər ölkələr
16 Yanvar , 2018 11:58
Banqladeş hökuməti rohinca qaçqınlarını iki il ərzində vətənlərinə qaytarmağı planlaşdırır
REUTERS/Darren Whiteside

Bakı. 16 yanvar. REPORT.AZ/ Banqladeş hökuməti daha əvvəl Myanmadan qaçan bütün rohinca müsəlmanlarının iki il ərzində vətənlərinə qayıtmasına yardım edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Banqladeş Xarici İşlər Nazirliyinin Myanma nümayəndələri ilə görüşdən sonrakı bəyanatında deyilir.

Bəyanatda Banqladeş hökumətinin repatriasiyaya dəqiq nə vaxt başlamağı planlaşdırdığı göstərilməyib. XİN-dən bildirilib ki, qayıdış zamanı eyni ailənin üzvləri birlikdə hərəkət edəcəklər. Myanma hökuməti qaçqınlara dağıdılmış evləri bərpa olunana qədər yaşayış yeri təmin etməyi üzərinə öhdəlik götürüb.

Qeyd edək ki, Myanma və Banqladeş 2017-ci il noyabrın 23-də qaçqınların iki ay ərzində geri (Myanmaya) qaytarılması prosesinin başlayacağını ehtiva edən anlaşma memorandumunu imzalayıb. Myanmada, təqribən, 30 min nəfəri qəbul edə biləcək müvəqqəti yaşayış düşərgəsi tikilir. Tikilən ilk evlər yanvar ayının sonuna qədər inşa edilməlidir. Rohincalar üçün ümumilikdə 600-dən çox bina tikiləcək.

BMT hesablamalarına görə, ötən ilin avqustundan etibarən Myanmadan Banqladeşə 650 mindən çox rohinca müsəlmanı qaçıb.

Son xəbərlər

Orphus sistemi