Banqladeş Hindistandan Şeyx Həsinənin ölkəyə qaytarılmasına kömək etməsini xahiş edib

Banqladeş Hindistandan Şeyx Həsinənin ölkəyə qaytarılmasına kömək etməsini xahiş edib Banqladeşin Xarici İşlər Nazirliyi Hindistanın xarici siyasət idarəsinə rəsmi qaydada müraciət edərək soyqırımı, insanlığa qarşı cinayətlər və insanların kütləvi şəkildə itkin düşməsində ittiham olunan keçmiş baş nazir Şeyx Həsinənin ölkəyə qaytarılmasına
Digər ölkələr
23 Dekabr , 2024 15:45
Banqladeş Hindistandan Şeyx Həsinənin ölkəyə qaytarılmasına kömək etməsini xahiş edib

Banqladeşin Xarici İşlər Nazirliyi (XİN) Hindistanın xarici siyasət idarəsinə rəsmi qaydada müraciət edərək soyqırımı, insanlığa qarşı cinayətlər və insanların kütləvi şəkildə itkin düşməsində ittiham olunan keçmiş baş nazir Şeyx Həsinənin ölkəyə qaytarılmasına kömək etməyi xahiş edib.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Banqladeşin müvəqqəti hökumətinin XİN başçısı Tuhid Hüseyn deyib.

"Biz Hindistanı mövqeyimiz barədə aydın şəkildə məlumatlandıraraq Həsinəni məhkəmə təhqiqatı üçün geri qaytarmaq istədiyimizi bildirdik", - o qeyd edib.

Xatırladaq ki, noyabrda Banqladeş Beynəlxalq Cinayət Tribunalı Şeyx Həsinənin soyqırımı, insanlığa qarşı cinayətlər, qətl və sui-qəsd ittihamları ilə həbsinə order verib.

Son xəbərlər

Orphus sistemi