Bahalı mənzil alması Avstraliya səhiyyə nazirinin istefasına səbəb olub

Bahalı mənzil alması Avstraliya səhiyyə nazirinin istefasına səbəb olub Dəbdəbəli kurorta səfərlərinin birində Syuzan Li təxminən 800 min dollar dəyərində olan lüks mənzil alıb
Digər ölkələr
13 Yanvar , 2017 12:34
Bahalı mənzil alması Avstraliya səhiyyə nazirinin istefasına səbəb olub

Bakı. 13 yanvar. REPORT.AZ/ Avstraliya səhiyyə naziri Syuzan Li dövlət vəsaitlərinin istiqamət üzrə xərclənməməsi ittihamları fonunda istefa verib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, nazir ətrafında qalmaqal S.Linin dəbdəbəli "Gold Coast" kurortuna səfərləri ilə əlaqədar yaranıb. Belə ki, səfərlərin xərcləri əsasını vergi ödəyicilərinin vəsaitləri təşkil edən fondun hesabına ödənilib. Üstəlik, belə səfərlərin birində S.Li təxminən 800 min dollar dəyərində olan lüks mənzil alıb.

Xatırladaq ki, səhiyyə nazirinin istefası 2015-ci ilin sentyabr ayında hakimiyyətə gələn baş nazirin kabinetində ilk dəyişiklik olub.

Son xəbərlər

Orphus sistemi