Azərbaycan bayrağını yandıran erməni vandalı polisə aparılıb, cinayət işi başlanıb

Azərbaycan bayrağını yandıran erməni vandalı polisə aparılıb, cinayət işi başlanıb Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandıran erməni vandalı Aram Nikolyan polisə aparılıb.
Digər ölkələr
15 Aprel , 2023 01:05
Azərbaycan bayrağını yandıran erməni vandalı polisə aparılıb, cinayət işi başlanıb

Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağını yandıran erməni vandalı Aram Nikolyan polisə aparılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə vəkil Aleksandr Koçubayev sosial şəbəkədə məlumat verib.

“Nikolyan Malatya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, - Koçubayev yazıb.

Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı təxribat baş verib. İrəvanda keçirilən çempionatın açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.

Bayraqların paradında Azərbaycan bayrağı zala gətirildikdən sonra Aram Nikolyan səhnəyə çıxaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb və zaldan çıxarıb.

Son xəbərlər

Orphus sistemi