ABŞ-nin Ayova ştatının Su şəhərində yük maşını ilə iki polis avtomobilini vurmuş, daha sonra nəqliyyat vasitəsindən enərək dəmir əşya ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə gedən şəxs öldürülüb.
“Report” xəbər verir ki, bu barədə ştat polisinə istinadən
Ayova ştatının Cinayət təhqiqatları şöbəsi (CTŞ) iki polis əməkdaşı tərəfindən vurulmuş şəxsin Su şəhərinin 55 yaşlı sakini Salvador Peres-Qarsiya olduğunu müəyyən edib. Onu vurmuş zabitlərin adları açıqlanmır, sözügedən əməkdaşlar insidentin araşdırılması ilə əlaqədar məzuniyyətə göndəriliblər.
CTŞ eyni zamanda hadisənin təfərrüatlarını da açıqlayıb. Bildirilib ki, olay şəhər kazinosunun yanında baş verib. Polis avtomobillərini vurduqdan sonra Peres-Qarsiya “aqressiv şəkildə və təhdidkarcasına ucunda dəmir parçası olan zənciri yelləyərək” yük maşınından enib. Şöbə vurğulayıb ki, zabitlər qarşıdurmanın qabaqlamaq və əşyanı ondan almağa cəhd etsələr də, uğursuz olub. Həmin şəxs polis əməkdaşlarının üzərinə hərəkət etməyə davam etdikdə, onlar onu güllələyib. Peres-Qarsiya hadisə yerində keçinib.
Eyni zamanda,