Ayətulla Əli Xamenei: "Tehran ABŞ-nın hədələri qarşısında baş əyməyəcək"

Ayətulla Əli Xamenei: "Tehran ABŞ-nın hədələri qarşısında baş əyməyəcək" Ə.Xamenei ölkəsinin bu razılaşmada həmişə dürüst olduğu vurğulayıb
Digər ölkələr
17 Sentyabr , 2017 23:54
Ayətulla Əli Xamenei: Tehran ABŞ-nın hədələri qarşısında baş əyməyəcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ İranın ali rəhbəri Ayətulla Əli Xamenei ölkəsinin Qərb dövlətləri ilə razılaşdırdığı nüvə proqramına aid razılığı zəiflətməyə cəhd göstərən ABŞ-a xəbərdarlıq edib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, Ə. Xamenei İranın bu razılaşmada həmişə dürüst olduğunu vurğulayıb.

"Güclü dövlət olan İran təzyiqə təslim olmayacaq və baş əyməyəcək. Rüşvətxor, yalançı ABŞ rəsmiləri həyasız şəkildə İran dövlətini yalanda ittiham edir. Halbuki İran addımlarını dürüst atıb və axıradək belə edəcək", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi